Daha bir ölkə DÇ-2026-ya ev sahibliyi etmək istəyir

11:49 - 22 İyun 2017

2026-cı ildə keçiriləcək dünya çempionatına daha bir ölkə ev sahibliyi etmək istəyir.

 

Sportal.az xəbər verir ki, Çili ilk dəfə 48 komandanış iştirak edəcəyi mundiala ev sahibliyi etmək niyyətindədir. Məlumatı bu ölkənin Futbol Federasiyasının prezidenti olan Arturo Salah verib. Onun sözlərinə görə Çili qonşu ölkələrlə birgə mundiala evs sahibliyi etmək fikrindədir.

 

Qeyd edək ki, daha öncə ABŞ, Meksika və Kanada da DÇ-2026-nı təşkil etmək üçün FİFA-ya müraciət ediblər.

Xəbər xətti