Azərbaycanlı futbolçu İsveçdə 4-cü qolunu vurdu

11:52 - 22 İyun 2017

Dünən İsveç çempionatının 4-cü liqasında növbəti turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, həmyerlimiz Orxan Həsənəliyevin şərəfini qoruduğu “Hesselbi” əvvəlki turlardan təxirə salınan matçda “Kista”nı qəbul edib. Matç qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Həsənəliyev bu matçda komandasının yeganə qolunun müəllifi olub.

 

9 nömrəli forma altında çıxış edən hücumçu bununla da cari mövsüm vurduğu qolların sayını 4-ə çatdırıb.

Xəbər xətti