Dmitri Nazarov: "Bəzən o məni təəccübləndirirdi"

12:22 - 22 İyun 2017

Millimizin və "Aue"nin futbolçusu Dmitri Nazarov açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 27 yaşlı oyunçu komandanın baş məşqçisi Domeniko Todeskonun vəzifəsindən ayrılaraq Bundesliqa nəhəngi "Şalke"nin "sükanı arxası"na keçməsi haqda danışıb. Nazarov Todeskonun rəhbərliyi altında oynamağın xoş olduğunu söyləyib:

 

"O, çox düzgün və məlumatı geniş olan məşqçidir. Hətta bəzən o məni təəccübləndirirdi. Onun rəhbərliyi altında daha yaxşı çıxış etdim və komandam üçün faydalı oldum. Todeskonun gəlişindən sonra biz ancaq hücum futbolu nümayiş etdirdik və II Bundesliqada yerimizi qorudurq. Onun rəhbərliyi altında oynamaq hər futbolçu üçün xoş idi".

 

Qeyd edək ki, 31 yaşlı mütəxəssis mövsümün gedişində "Aue"yə rəhbərlik etməyə başlamışdı və komandanı II Bundesliqada saxlamağa müvəffəq olmuşdu. İtaliyalı çalışdırıcı ötən günlərdə "Şalke" ilə müqavilə imzalayıb.

Xəbər xətti