Şota Arveladzenin yeni komandası müəyyənləşdi

12:44 - 22 İyun 2017

Gürcüstanlı baş məşqçi Şota Arveladzenin yeni komandasının adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis Özbəkistanın "Paxtakor” klubuna rəhbərlik edəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, Arveladze ilə 2 illik müqavilə imzalanacaq.

 

Qeyd edək ki, Arveladzenin son iş yeri İsrailin "Makkabi" klubu olub.

Xəbər xətti