UEFA tarixinin uğurlu klubları - Ən yaxşımız "Qarabağ"dır

13:19 - 22 İyun 2017

1955-2017-ci illər arasında UEFA bayrağı altındakı yarışlarda əldə etdiyi nəticələrə görə ən uğurlu klubların siyahısı açıqlanıb.

 

Sportal.az xəbər verir ki, siyahıya çempionlar liqasının son qalibi Madrid “Real"ı başçılıq edir. 2-ci pillədə Almaniya nəhəngi “Bavariya” yer alıb. "Real"ın əzəli rəqibi “Barselona” isə 3-cü pillədə qərarlaşıb.

 

Siyahıda Azərbaycan təmsilçiləri də yer alıb. Ən yaxşı göstərici "Qarabağ"a məxsusdur. Ağdam klubu 155-ci pillədə qərarlaşıb. "Neftçi" isə 162-cidir. Digər təmsilçilərimi - "Bakı" 260-cı, "İnter" 287-ci, "Şəmkir" 377-ci və fəaliyyətini dayandıran "Xəzər Lənkəran" 403-cü pillədə yer alıb.

 

Siyahıda Türkiyə təmsilçilərindən ən yaxşı nəticə “Qalatsaray”a məxsusdur. “Cimbom” 19-cu yerə layiq görülüb. "Fənərbaxça" 45-ci, "Beşiktaş" isə 58-ci yerdə məskunlaşıb.

Xəbər xətti