"Əsas odur ki, "Qarabağ"ı məğlub etdik"

14:36 - 22 İyun 2017

Rusiyanın "Axmat" klubunun baş məşqçisi Oleq Kononov "Qarabağ"la keçirilən yoxlama oyunu haqda fikirlərini bildirib.

 

Sportal.az xəbər verir ki, mütəxəssis klubun rəsmi saytına açıqlamasında Ağdam təmsilçisini güclü rəqib adlandırıb: "Əsas odur ki, biz "Qarabağ"ı məğlub etdik. Rəqibimiz güclü komanda idi. Çempionlar Liqasında oynayacaqlar, Azərbaycan çempionudurlar. Oyunla bağlı planlarımız var idi. Toplanışda çox intensiv məşqlər keçmişik. Əsas heyətin bütün oyunçuları əvvəldən toplanışda iştirak edə bilmirdi. Bütün toplanışda iştirak edən futbolçulara şans verdik". 

 

Xatırladaq ki, Avstriyada keçirilən yoxlama oyununda "Axmat" "Qarabağ"a 1:0 hesabı ilə qalib gəlib.

Xəbər xətti