"Liverpul" misirli futbolçunun transferini həll etdi

15:44 - 22 İyun 2017

"Liverpul" yay transfer pəncərəsində növbəti futbolçunu heyətinə qatıb.

 

Sportal.az xəbər verir ki, "qırmızılar" "Roma"nın futbolçusu Məhəmməd Salahı heyətinə cəlb edib. Mersisaydlılar misirli yarımmüdafiəçinin transferi üçün paytaxt klubuna 38,5 milyon avro ödəyib.

 

25 yaşlı yarımmüdafiəçi başa çatan mövsümdə “Roma”nın heyətində 41 oyuna 19 qol vurub və 15 qol assist edib. Misirli futbolçu "Roma"ya "Çelsi"dən 15 milyon avroya keçmişdi.

Xəbər xətti