"İnter"in rəqibi Serbiya çempionuna qalib gəldi

15:57 - 22 İyun 2017

Avropa Liqasının I təsnifat mərhələsində Bakı "İnter"inin rəqibi olan "Mladost" yoxlama oyunu keçirib.

 

Sportal.az xəbər verir ki, öz meydanında son Serbiya çempionu "Partizan"la qarşılaşan "Mladost" 1:0 hesablı qələbə qazanıb. 

 

Yeganə qolu görüşün 52-ci dəqiqəsində İvan Markoviç penaltidən vurub.

 

Xatırladaq ki, "İnter"lə "Mladost"un oyunları 29 iyun - 6 iyul tarixlərində keçiriləcək.

Xəbər xətti