"Yuventus" 21 yaşlı hücumçu transfer etdi

16:21 - 22 İyun 2017

“Yuventus” "Sampdoriya"nın futbolçusu Patrik Şiki transfer edir.

 

Sportal.az Turin təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşlı hücumçu tibbi baxışdan keçmək üçün klubun bazasına gəlib. Onunla bu gün 3 illik rəsmi müqavilə imzalanacaq.

 

"Yuventus" Çexiya millisinin üzvünün transferi üçün “Sampdoriya”ya 30,5 milyon avro ödəyəcək.

 

Qeyd edək ki, 21 yaşlı forvard ötən mövsüm “Sampdoriya”nın heyətində meydana çıxdığı 32 oyunda 11 qol vurub və 6 məhsuldar ötürmə verib.

Xəbər xətti