Türkiyə Super Liqasında yeni baş məşqçi

16:36 - 22 İyun 2017

Yeni mövsümdən etibarən Türkiyə Super Liqasında mübarizə aparacaq "Göztəpə"nin baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, İzmir təmsilçisini Tamer Tuna çalışdıracaq. Son olaraq "Beşiktaş"ın baş məşqçisi Şenol Günəşin köməkçisi vəzifəsində çalışan 40 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Tamer Tuna bu postda bir neçə gün öncə istefaya göndırilən Yılmaz Vuralı əvəz edib.

Xəbər xətti