Folprext "Neftçi"dən getdi

17:59 - 22 İyun 2017

Çexiyanın “Slovan” klubu ötən il “Neftçi”yə icarəyə verdiyi Zdenek Folprexti heyətə qaytarıb.

 

Sportal.az xəbər verir ki, bu barədə Liberets təmsilçisinin baş məşqçisi İndrjix Trpişovski məlumat verib. O bildirib ki, yarımmüdafiəçi yaxın günlərdə komandanın təlim-məşq toplanışına qoşulacaq.

 

Qeyd edək ki, son mövsümün ikinci yarısını icarə əsasında "Neftçi"də keçirən 26 yaşlı yarımmüdafiəçi Premyer Liqamızda 13 matçda meydana çıxıb və 1 qol vurmağı bacarıb.

Xəbər xətti