"Qalatasaray" braziliyalı futbolçu transfer etdi

19:15 - 22 İyun 2017

"Qalatasaray" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, İstanbul nəhəngi Braziliyanın "San Paulo" klubunun müdafiəçisi Maykon Pereyranı heyətinə cəlb edib. "Sambaçı"nın keçidi üçün "sarı qırmızılar" Cənubi Amerika təmsilçisinə 7 milyon avro ödəyəcək.

 

28 yaşlı mərkəz müdafiəçisi "cim bom"da illik 2 milyon 600 min avro qazanacaq. Maykon sabah İstanbula gələrək rəsmi sözləşməyə imza atacaq.

 

 

Xəbər xətti