"Bursaspor"un yeni baş məşqçisi rəsmən bəlli oldu

19:43 - 22 İyun 2017

Türkiyənin "Bursaspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, "ağ-yaşıllar"ın baş məşqçisi postuna Pol Le Quen təyin edilib.53 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki,fransız çalışdırıcının son iş yeri "Renn" olub.

 

Xatırladaq ki, bir müddət öncə millimizin baş məşqçisi Robert Prosineçkini adı "Bursaspor"la hallanırdı.

Xəbər xətti