Muarem Muaremin yeni klubu məlum oldu

10:01 - 23 İyun 2017

Mövsüm başa çatdıqdan sonra "Qarabağ"dan ayrılan Muarem Muaremin yeni klubunun adına aydınlıq gəlib. 

 

Sportal.az xəbər verir ki, makedoniyalı futbolçu yenidən Türkiyəyə qayıdıb. O, Ağdam klubunun sabiq futbolçusu Reynaldonun formasını geyindiyi və gələn mövsümdən I liqada mübarizə aparacaq "Adanaspor" klubu ilə anlaşıb. 

 

Qardaş ölkə mətbuatının yaydığı xəbərə görə, artıq tərəflər arasında razılıq əldə olunub. Adana təmsilçisi Muaremi transfer etidiyini yaxın günlərdə rəsmi şəkildə açıqlayacaq. 

 

Qeyd edək ki, Muarem daha öncə Türkiyədə "Orduspor" və "Əskişəhərspor" kimi komandalarda çıxış edib.

Xəbər xətti