"Sumqayıt" yeni mövsümün hazırlıqlarına start verdi FOTOLAR

10:23 - 23 İyun 2017

“Sumqayıt” 2017/18 mövsümü üçün hazırlığa start verib.

 

Sportal.az xəbər verir ki, "kimyaçılar" ötən gün baş məşqçi Samir Abasovun rəhbərliyi altında “Kapital Bank Arena”da mövsümə hazırlıq məqsədi ilə ilk məşqini keçirib. Komanda yeni transferlər də daxil olmaqla tam heyətlə hazırlaşıb. Yalnız bərpa prosesi keçən müdafiəçi Vaquf Güləliyev fərdi məşqlərlə kifayətlənib.

 

Qeyd edək ki, “Sumqayıt” hazırlıq mərhələsi çərçivəsində ilk yoxlama oyununu iyulun 2-də “Səbail”ə qarşı keçirəcək.

 

Xəbər xətti