"Ludoqorets"in baş məşqçisi "Qəbələ"ni məğlub etdikləri oyundan danışdı

11:32 - 23 İyun 2017

"Ludoqorets"in (Bolqarıstan) baş məşqçisi Georgi Dermenciyev Avstriyada təlim-məşq toplanışı çərçivəsində "Qəbələ"yə 2:0 hesabı ilə qalib gəldikləri yoxlama oyununda sonra Bolqarıstan mətbuatına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 62 yaşlı mütəxəssis komandasının qələbəsini belə şərh edib:

 

"Qələbə bizdə özünəinam hissi yaradır. Yüksək səviyyədə oyun oldu və yaxşı mübarizə apardıq. İlk yoxlama oyunu olduğu üçün fiziki cəhətdən hələ ideal vəziyyətdə deyilik. Həm birinci hissədə, həm də ikinci hissədə çatışmayan cəhətlərimiz var idi. Bu, topa sahib olmada özünü daha çox büruzə verirdi. Amma qarşıda hələ 5 yoxlama matçımız var. Fikrimcə, oyundan-oyuna vəziyyət yaxşı olacaq. Bunlar bizə oyun səviyyəmizi yüksəltmək baxımından kömək edə bilər".

 
Dermenciyev oyun zamanı “Qəbələ”nin futbolçuları ilə mübahisə edən komandanın hücumçusu Conatan Kafu haqda da danışıb: “Oyun zamanı Kafuya qarşı iki dəfə kobudluq edildi. Həmin vəziyyətlərin birində o, zədə aldı. Bu isə ciddi problemdir. Hakim iki dəfə ona qarşı kobudluğa görə cərimə zərbəsi təyin etməli idi”.

Xəbər xətti