Aslan Kərimov: "Keyfiyyət baxımından hələ də aşağıyıq"

Azərbaycan yığmasının sabiq kapitanı Aslan Kərimov Sportal.az saytına açıqlama verib.
 

Mütəxəssis milli komandamızın DÇ-2018-in seçmə mərhələ çərçivəsində Şimali İrlaniyaya uduzduğu oyun (0:1) haqda və yerdə qalan 4 oyunu barədə danışıb: "Əksəriyyəti deyir ki, millimiz Şimali İrlandiyaya qarşı əla oynadı, topa çox sahib oldu. Razılaşmaq olar, topa nəzarət edirdik. Mütəxəssis kimi yanaşsaq, çatışmayan cəhətlərimiz də var idi. Topu daha çox müdafiə və yarımmüdafiə xəttində olan oyunçular saxlayırdı. Hücumda isə topla çox oyanamırdıq. Düzdür, bir neçə qol fürsəti də oldu. Bu da sevindirci haldır. Britaniyadakı matçdan tamamilə fərqlənən oyun nümayiş etdirdik. Əfran İsmayılov yaxşı keyfiyyətlərə sahib olan futbolçudur, amma bir toxunuşla topu saxlaya bilməməsinə görə, bəzi epizodları əldən verir. Nə qədər danışsaq da, keyfiyyət baxımından hələ də aşağıyıq. Top saxlamaq hələ 3 xal qazanmaq üçün kifayət etmir”.

 

Mütəxəssis millimizdə debüt edən Riçard Almeydanın oyunu haqda da danışıb: “Qarabağ”dakı oyununu görə bilmədim. Bu da onun debütü ilə əlaqəli ola bilər. Klub səviyyəsi ilə, yığma səviyyəsi fərqli olur”. 

 

Aslan Kərimov millimizin qrupda keçirəcəyi son 4 oyunu haqda da danışıb: “İlk 4 yer uğrunda mübarizə aparmaq mümkündür. San Marionunu evdə mütləq udmalıyıq. Almaniya ilə səfər matçı haqda danışmağa ehtiyac yoxdu. Bundestimin Konfederasiyalar Kubokundakı matçlarına baxırıq. 21 yaşlı oyunçuları belə ən üst səviyyədə oynayır. Çüxiya ilə ev oyunda qalib gələ bilərik. Amma Şimali İrlandiya ilə oyundakı səhvləri təkrar etmək olmaz. Norveçlə səfər görüşündə isə ümidim yoxdu”.

Tarix: 23 İyun [13:15]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Sentyabr 2017
23  Sentyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio