“Zirə” – “Differdanj” matçının hakimləri bəlli oldu

14:55 - 23 İyun 2017

Avropa Liqasında ölkəmizi təmsil edəcək “Zirə”nin I təsnifat mərhələsindəki ilk görüşünün hakimləri  bəlli olub.

 

Sportal.az xəbər verir ki, Bakıda "Differdanj"la keçiriləcək matçı qazaxıstanlı hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Daniyar Saxi olacaq. Ona Yuriy Tikhonyuk və Alibek Aubakirov kömək edəcək. Dördüncü hakim funksiyasını Marat İskakov yerinə yetirəcək.

 

Qeyd edək ki, “Zirə” – “Differdanj”  matçı iyunun 29-da "Dalğa Arena"da keçiriləcək.

Xəbər xətti