"Qarabağ" - ÇSKA matçının başalama vaxtı açıqlandı

15:44 - 23 İyun 2017

Avstriyada yeni mövsüm hazırlıqlarını davam etdirən “Qarabağ” sabah - iyunun 24-də ikinci yoxlama oyununu keçirəcək.

 

Sportal.az xəbər verir ki, Ağdam klubu Bolqarıstanın ÇSKA klubu ilə qarşılaşacaq. Kössen qəsəbəsində baş tutacaq matç yerli vaxtla saat 18:00-da (Bakı vaxtıyla 20:00) start götürəcək.

 

Qeyd edək ki, "Qarabağ" ilk yoxlama görüşündə Rusiyanın "Axmat" klubuna 0:1 hesabı ilə uduzub.

Xəbər xətti