Dario Federikonun yeni klubu müəyyənləşdi

16:50 - 23 İyun 2017

Müqaviləsi başa çatdığı üçün "Kəpəz"i tərk edən Dario Frederikonun yeni klubunun adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, braziliyalı futbolçu karyerasını Cənubi Koreyada davam etdirəcək. O, ölkənin II liqasında mübarizə aparan "Seongnam İlhva" klubu ilə anlaşıb. "Sambaç"ı yeni klubu ilə 1+1 illik müqavilə imzalayıb.

 

Qeyd edək ki, Dario 2015-ci il mövsümündən "Kəpəz"də çıxış edirdi.

Xəbər xətti