18 yaşlı hücumçu üçün 135 milyon avro

17:17 - 23 İyun 2017

"Monako"nun gənc ulduzu Kilian Mbappeyə daha bir transfer təklifi gəlib.

 

Sportal.az xəbər verir ki, 18 yaşlı forvard PSJ-nin maraq dairəsinə düşüb. "Real"ın 100 milyon avro təklif etdiyi Mbappe üçün Paris klubu "Monako"ya 135 milyon avro təklif edib. 
 
"Monako" bu təklifi qəbul etsə, Pol Poqbanın rekordu qırılacaq. Belə ki, "Mançester Yunayted" ötən il "Yuventus"dan 105 milyon avroya aldığı futbolçu hazırda ən bahalı transfer hesab olunur.

Xəbər xətti