Sabiq "Qəbələ"li İngiltərədə klub alır

"Qəbələ"nin sabiq baş məşqçisi Toni Adamsın da yer aldığı "Fulwell73" konsorsiumu İngiltərənin "Sanderlend" futbol klubunu əldə etmək üçün fəaliyyətini gücləndirib.

 

Sportal.az xəbər verir ki, bu addım 3 nəfərin konsorsiumdan çıxmalarına rəğmən atılıb.

 

Adams "Çelsi"nin keçmiş icraçı direktoru Pol Smitlə birgə planı gerçəkləşdirməyə çalışırlar. Onlar həftəsonu tanınmış futbol məsləhətçisi Kit Harrislə görüşmək niyyətindədirlər. Harris "Çelsi", "Tottenhem", "Mançester Siti", "Fulhem", "Vest Hem" və "Everton" kimi klubların satışında müşahidəçi kimi iştirak edib. "Sanderlend"in sahibi Ellis Şort Premyer Liqanı tərk edən klub üçün 80 milyon funt tələb edir. Anlaşma baş tutsa, "qara pişiklər"in yeni rəhbəri Alan Pardyu olacaq. Adams isə bu komandada baş məşqçi kimi çalışmaqda maraqlıdır.

 

Qeyd edək ki, Toni Adams "Qəbələ" ilə yanaşı, İngiltərənin "Uikomb" və "Portsmut", eləcə də İspaniyanın "Qranada" klublarının baş məşqçi postunda uğursuzluğa düçar olub.

Tarix: 23 İyun [17:52]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 İyul 2017
21  İyul 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio