"Qalatasaray"dan rəsmi transfer

18:31 - 23 İyun 2017

"Qalatasaray" mövsümlərarası fasilədə ilk transferini rəsmiləşdirib.

 

Sportal.az xəbər verir ki, İstanbul nəhəngi Kiyev "Dinamo"sunun futbolçusu Yunis Belhandanı heyətinə cəlb edib. Mərakeş millisinin üzvü ilə 4 illik rəsmi üqavilə imzalanıb.

 

"Cim bom" bu transfer üçün Ukrayna klubuna 8 milyon avro təzminat ödəyəcək. Futbolçu özü isə "Qalatasaray"da illik 3 milyon avro qazanacaq.

 

Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi son mövsümü icarə əsasında Fransanın "Nitsa" komandasında keçirib. O, meydana çıxdığı 36 qarşılaşmada 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti