"Barselona" Braziliya millisinin üzvünü transfer edir

19:25 - 23 İyun 2017

“Barselona” Braziliya millisinin və “Santos”un yarımmüdafiəçisi Lukas Lima ilə anlaşıb.


Sportal.az xəbər verir ki, “Santos”la müqavilə müddəti gələn ilin yanvarında bitəcək 26 yaşlı futbolçunun Kataloniya təmsilçisiylə razılığa gəlib.


Xatırladaq ki, hücumameyilli yarımmüdafiəçi mövqeyində çıxış edən Lima, karyerası ərzində “Santos”dan başqa, “Sport Resife”, “İnternasyonal”da da forma geyinib. O, 2015-ci ildən Braziliya millisinin üzvüdü.

Xəbər xətti