Çin millisi Almaniya çempionatında oynayacaq

19:48 - 23 İyun 2017

Çinin 20 yaşılardan ibarət milli komandası növbəti mövsümdən Almaniyanın cənub-şərq regional liqasında - 4-cü divizionda çıxış edəcək.


Sportal.az xəbər verir ki, bu barədə Almaniya və Çin futbol federasiyaları arasında razılıq əldə edilib. Çin yığması cənub-qərb divizionunda 20-ci komanda olacaq.


Yığma divizionun 19 komandasının hər biri ilə 2 dəfə qarşılaşacaq. Çin tərəfi buna görə hər bir komandaya 15 min avro ödəyəcək.


Ancaq Çin yığmasının nəticələri turnir cədvəlində nəzərə alınmayacaq. Çinlilərin hansı şəhərdə məskunlaşacağı və ev oyunlarını hansı stadionda keçirəcəyi hələ məlum deyil.

Xəbər xətti