Premyer Liqa klubunun yeni baş məşqçisi müəyyənləşdi

İngiltərənin "Sauthempton" klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisini yeni mövsümdə Maurisio Pelleqrino çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 45 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb. Pelleqrino ötən mövsüm bu komandanı çalışdırmış Klod Pyueli əvəz edib.

 

Argentinalı mütəxəssis özü isə son olaraq İspaniyanın "Alaves" klubunu çalışdırıb. Qeyd edək ki, "Sauthempton" Premyer Liqada son mövsümü 8-ci pillədə başa vurub.

Tarix: 24 İyun [00:04]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Sentyabr 2017
23  Sentyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio