"Zirə" rumıniyalı futbolçu transfer etdi

00:23 - 25 İyun 2017

“Zirə” Avropa Liqasının 1-ci təsnifat mərhələsinin oyunlarına hazırlıq çərçivəsində daha bir futbolçu ilə güclənib.

 

Sportal.az xəbər verir ki, rumıniyalı Qabriel Matey “qartallar”ın sıralarına qoşulub. Müdafiəçi ilə “1+1” il şərti ilə müqavilə imzalanıb.

 

Qabriel Matey ölkəsində “İnternasional”, “Panduri”, “Syaua”, “Akademika” və “Tarqu Mureş” kimi klublarda forma geyib. Son mövsüm isə müdafiəçi Polşanın “Qurnik” klubunda çıxış edib. 

 

Matey həmçinin, Rumıniyanın U-21 milli komandasının da şərəfini qoruyub.

Xəbər xətti