Konfederasiyalar Kubokunda sonuncu yarımfinalçılar müəyyənləşir

12:55 - 25 İyun 2017

Bu gün FİFA Konfederasiyalar Kuboku – 2017-də qrup mərhələsinə yekun vurulacaq.

 

Sportal.az xəbər verir ki, Almaniya Kamerunla, Çili isə Avstraliya millisi ilə üz-üzə gələcək. 

 

Qrupdakı bütün komandaların növbəti mərhələyə çıxmaq şansları var. Lakin 4 xalla qrupda I-II yerləri bölüşən Çili və Almaniya millisi daha şanslıdır. Bu komandalara heç-heçə də sərf edir.

 

Qeyd edək ki, artıq Portuqaliya və Meksika milliləri yarımfinala yüksəlib.


25 iyun

B qrupu

 

19:00. Almaniya – Kamerun

19:00. Çili – Avstraliya

Xəbər xətti