6 qol vurulan oyunda Ramil Şeydayev fərqlənmədi

13:17 - 25 İyun 2017

Slovakiyanın "Jilina" klubu növbəti mövsümə və UEFA Çempionlar Liqasına hazırlıq prosesi çərçivəsində daha bir yoxlama oyunu keçirib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı hücumçu Ramil Şeydayevin şərəfini qoruduğu sözügedən komanda Polşa təmsilçisi "Podbeskidze" ilə qarşılaşıb. Qarşılaşma futbolçumuzun komandasının 6:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Ramil fasilədən sonra, 46-cı dəqiqədən etibarən meydana çıxıb. Komandası da 6 qoldan 4-nü məhz ikinci hissədə vurub. Lakin Şeydayev adını fərqlənən futbolçuların siyahısına yazdıra bilməyib.

 

Qeyd edək ki, "Jilina" ÇL-in ikinci təsnifat mərhələsində Danimarka təmsilçisi "Kopenhagen"lə qarşılaşacaq. İlk oyunu iyulun 12-də evdə keçirəcək Slovakiya çempionu cavab matçına bir həftə sonra səfərdə çıxacaq.

Xəbər xətti