Məşhur futbolçu karyerasını başa vurdu

14:50 - 25 İyun 2017

Almaniyanın "Münhen 1860" klubunun hücumçusu İvitsa Oliç futbolçu karyerasını başa vurduğunu bəyan edib.

 

Sportal.az xəbər verir ki, xorvatiyalı futbolçu bu barədə "Bild"ə açıqlamasında bildirib. 

 

38 yaşlı futbolçu Xorvatiya "Marsoniya" klubunun yetirməsidir. Oliç 1998-ci ildə "Herta"ya transfer olunub. 3 illik Almaniya karyerasından sonra o, 1999-2001-ci illər aralığında yenidən doğma klubu "Marsoniya"nın şərəfini qoruyub. 2001/02 mövsümündə "Zaqreb"də, 2002/03 mövsümündə "Dinamo"da (Zaqreb) oynadıqdan sonra o, Moskva ÇSKA-sına transfer olunub. Rusiya klubunda 2007-ci ilədək çıxış edən Oliç daha sonra Almaniyaya yollanıb və karyerasının sonuna kimi burada oynayıb. Bu müddətdə xorvat forvard "Hamburq" (2007-2009, 78 oyun, 29 qol), "Bavariya" (2009-2012, 55 oyun, 13 qol), "Volfsburq" (2012-2014, 78 oyun, 27 qol), yenidən "Hamburq" (2015-2016, 25 oyun, 2 qol) və "Münhen 1860"da oynayıb ( 30 oyun, 5 qol).

 

Xorvatiya yığmasının liderlərindən olmuş Oliç milli formada çıxdığı 104 oyunda 20 qola imza atıb.

Xəbər xətti