"Monako"nun hücumçusu "Marsel"ə keçdi

15:21 - 25 İyun 2017

"Monako"nun futbolçusu Valer Jermen komandasını dəyişib.

 

Sportal.az xəbər verir ki, 27 yaşlı hücumçusu karyerasını "Marsel"də davam etdirəcək. Bu barədə Knyazlıq klubunun saytı məlumat yayıb.

 

Hücumçu ilə 4 illik müqavilə imzalanıb. Jermenin transferi "Marsel"ə 8 milyon avroya başa gəlib.

 

Qeyd edək ki, fransalı futbolçu ötən mövsüm ərzində I Liqada 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Jermen "Monako"nun yetirməsidir və  Fransanın U-20 və U-21 yığmalarında forma geyinib.

Xəbər xətti