"Ayntraxt"ın məşqçisi: "Renat Dadaşovun seçimi pulla əlaqəli idi"

16:00 - 25 İyun 2017

Almaniyanın “Ayntraxt” klubunun U-19 komandasının baş məşqçisi Aleksandr Şur açıqlama verib. Keçmiş futbolçu milli komandmızın futbolçusu Renat Dadaşov haqda danışıb.

 

Sportal.az xəbər verir ki, Şur Dadaşovun üstünlüklərindən danışıb:

 

“Renatın yaxşı potensialı və üstün cəhətləri var. Rəqib müdafiəçiləri daim təzyiq altında saxlayır, hava toplarında da təhlükəlidir. “Tipik hücumçu” anlayışı Dadaşovun oyununa uyğun gəlir. Cərimə meydançasında isə özünü soyuqqanlı aparır. U-19 komandası ilə son 6 ay ərzində meydana çıxdığı 10 qarşılaşmada 7 qol vurdu və 3 məhsuldar ötürmə etdi.

 

Dadaşov Rüdeşaymda doğulsa da, Azərbaycan əsilli olduğu üçün tarixi vətəninin millisini seçdi. O, qardaşı Rüfət Dadaşovun yolu ilə getdi. Çünki o da Azərbaycan yığmasında oynayıb. Amma Renat daha istedadlıdır. O, həmçinin, Almaniyanın U-16 və U-17 komandalarında da çoxlu qollar vurub. Qardaşı Rüfət cənub regional liqasında top qovur.

 

Renat 2013-cü ildə “Ayntraxt”dan “Leyptsiq”ə üz tutdu. Bildirirdi ki, “Leyptsiq”ə yaxşı şəraitə görə gedib, amma onun gedişi pulla əlaqəli idi. Çünki “Leyptsiq”in maliyyəsi çox yaxşı idi. İki il sonra isə idman direktoru olan Akim Bebelorzerlə mübahisə etdi. Onun qeyri-peşəkar davranmada və qida normasında diqqət yetirmədiyi bildirilirdi. Bu ilin qışında isə yenidən “Ayntraxt”a döndü.

 

Ancaq indi Renat Dadaşov böyük şəkildə inkişaf edib. Artıq əsas komanda ilə də peşəkar müqavilə bağlayıb. 186 sm-lik futbolçu üçün peşəkarlığa keçid asan olmayacaq. O, daim çalışmalıdır və özünü təsdiq etməlidir. Yəqin ki, böyük hədəfləri də var. Renat müsahibələrinin birində demişdi ki, kumiri Kərim Benzema və Zlatan İbrahimoviçdir”.

Xəbər xətti