Nazarovun komandası 24 qolla qalib gəldi

00:17 - 26 İyun 2017

Millimizin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi "Erçebirqe" yoxlama oyunu keçirib.

 

Sportal.az xəbər verir ki, Aue təmsilçisi "Saksonio Bernsbax"la (Almaniya) qarşılaşıb. Matç "Erçebirqe"nin 24:0 hesablı qələbəsi ilə başa çatıb. İkinci bundesliqa təmsilçisi hər hissədə 12 qol vurub.

 

Qeyd edək ki, Nazarov istirahətə buraxıldığı üçün sözügedən görüşdə iştirak etməyib.

Xəbər xətti