Balotellinin komandası müəyyənləşdi

00:46 - 26 İyun 2017

Mario Balotellinin gələn mövsüm hansı komandada oynayacağı dəqiqləşib. 

 

Sportal.az xəbər verir ki, meneceri Mino Rayola futbolçunun Dortmund "Borussiya"sı ilə anlaşdığını açıqlasa da, sonda başqa qərar qəbul olunub. Belə ki, o, son mövsümdə şərəfini qoruduğu "Nitsa" ilə yeni müqavilə imzalayıb. Anlaşmaya görə, Balotelli 2018-ci ilin yayına qədər "Nitsa"da qalacaq. 

 

Qeyd edək ki, 26 yaşlı hücumçu son mövsümdə Fransa klubunun heyətində çıxdığı 23 oyunda 17 qol vurmağı bacarmışdı. 

Xəbər xətti