Samirin Rusiya klubuna keçidi rəsmiləşdi

11:09 - 26 İyun 2017

U-21 millimizin sabiq futbolçusu Samir Məsimov Rusiyanın I Divizionunda çıxış edəcək.
 
Sportal.az xəbər verir ki, "Fakel klubunda baxışda olan yarımmüdafiəçinin performansı məşqçilər korpusunu razı salıb. Məsimov Voronej təmsilçisi ilə "1+1" şərti ilə müqavilə bağlayıb.

 
Qeyd edək ki, 22 yaşlı futbolçu 2015/16 mövsümünün qış transfer dönəmində "Neftçi"dən Sloveniyanın "Domjale" klubuna keçmişdi. Sloveniya təmsilçisində işləri yolunda getməyən yarımmüdafiəçi "Domjale"dən ayrıldıqdan sonra bir müddət Qazaxıstanın "Okjetpes" klubunda baxışda da olmuşdu. Məsimov qış fasiləsində klub tapmadığı üçün AZAL-da çıxış etmişdi (Futbolinfo.az).

Xəbər xətti