Millimizin üzvü üçün erməni baş məşqçi

12:52 - 26 İyun 2017

Azərbaycan millisinin futbolçusu Pavel Paşayevin çıxış etdiyi Ukraynanın "Stal" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, maliyyə səbəbindən çıxışını dayandıracağı gözlənilən komanda fəaliyyətini davam etdirəcək. "Stal" rəhbərliyi iclas keçirib və bununa bağlı qərar qəbul edib. Klubun prezidenti erməni Vardan İsraelyan büdcəsinin azaldılması barədə qərar verib.

 

“Stal”ın yeni baş məşqçisi isə erməni Yeqişe Melikyan olacaq.

 

Qeyd edək ki, Paşyevin "Stal"dan ayrılması gündəmdədir.

Xəbər xətti