"Zirə" - "Differdanj" matçını yayımlayacaq kanal məlum oldu

13:06 - 26 İyun 2017

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Zirə" Lüksemburqun "Differdanj" klubunu qəbul edəcək.
 
Sportal.az xəbər verir ki, iyunun 29-da "Dalğa Arena"da baş tutacaq görüşün start fiti 21:00-da səslənəcək. Oyunu isə CBC Sport kanalı canlı yayımlayacaq.

 
Bu komandalar arasındakı cavab qarşılaşması iyulun 6-da oynanılacaq.

Xəbər xətti