"Yuventus"da Ronaldoya yer tapılar"

13:46 - 26 İyun 2017

"Yuventus"un canlı əfsanəsi Alessandro Del Pyero "Real"ın portuqaliyalı ulduzu Ronaldonu Turin klubunda görmək istəyir.

 

Sportal.az xəbər verir ki, veteran futbolçu Ronaldonun vergi qalmaqalına görə İspaniyanı tərk etmək istəməsi barədə xəbərə münasibət bildirərkən bunu deyib: 

 

"Son 5 ÇL finalını uduzmuşuq, artıq qazanmaq lazımdır. "Yuventus"un Çempionlar Liqasında qalib olacağına inanıram. Bu yolda Ronaldo da "Yuventus"a kömək edə bilər. Əgər Ronaldo "Real"da özünü xoşbəxt hiss etmirsə, "Yuventus"da ona yer tapılar".

Xəbər xətti