Yoahim Löv üçün iki əlamətdar hadisə

14:30 - 26 İyun 2017

Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv üçün Konfederasiyalar Kubokunda Kameruna qarşı keçirlən matç (3:1) əlamətdar olub.

 

Sportal.az xəbər verir ki, Rusiyada keçirilən turnirin qrup mərhələsinin son matçında Kamerun yığması ilə oyun 56 yaşlı almaniyalı mütəxəssis üçün Bundestimin "sükanı arxası"nda 150-ci matçı olub.


O, 2006-cı ildəki dünya çempionatından sonra baş məşqçisi olduğu millisində eyni zamanda 100-cü qələbəsini qazanıb. Löv bu oyunlardan beşini Azərbaycan millisi üzərində qazanıb.


Lövdən çox Almaniya yığmasını yalnız Zepp Xerberger çalışdırıb. O, 1936-cı ildən 1964-cü ilədək Bundestimi 167 matça çıxarıb. Löv bu 11 ildə AÇ-2008-də gümüş, AÇ-2012, AÇ-2016, DÇ-2010-da bürünc medala sahib olub. Almaniya millisi onun rəhbərliyi altında DÇ-2014-də qızıl medal qazanıb.

Xəbər xətti