Zenyovun yeni klubu müəyyənləşdi

17:33 - 26 İyun 2017

Mövsüm başa çatdıqdan sonra "Qəbələ"dən göndərilən Sergey Zenyovun yeni klubunun adına aydınlıq gəlib.  

 

Sportal.az xəbər verir ki, estoniyalı hücumçu karyerasını Polşada davam etdirəcək. O, ölkənin yüksək liqasında mübarizə aparan "Krakovia" klubu ilə anlaşıb. "Gazeta Krakowska"nın yaydığı xəbərə görə, 28 yaşlı forvardla yaxın günlərdə 2 illik müqavilə imzalanacaq. 

 

Qeyd edək ki, Zenyov 2015-ci ildən "Qəbələ"də çıxış edirdi. O, son mövsümdə "qırmızı-qaralar"ın heyətində ümumilikdə 33 matçda iştirak etmiş və 10 qola imza atmışdı. 

Xəbər xətti