Premyer Liqa klubunda yeni baş məşqçi

18:36 - 26 İyun 2017

İngiltərənin "Kristal Palas" klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisini hollandiyalı mütəxəssis Frank de Bur çalışdıracaq. Klubun rəsmi saytından verilən məlumata görə onunla 3 illik müqavilə imzalanıb.

 

47 yaşlı mütəxəssis "Kristal Palas"ın tarixinə düşüb. Belə ki, o komandanın ilk əcnəbi baş məşqçisi olub.

 

Qeyd edək ki, de Bur bu postda ötən mövsümün sonunda istefaya göndərilən Sem Allardaysı əvəz edib.

Xəbər xətti