Cavid İmamverdiyev: "Başımızı aşağı salıb işimizi görəcəyik"

00:05 - 27 İyun 2017

“Yeni komandaya qoşulduğum üçün çox şadam. “Sumqayıt” ötən il sübut etdi ki, elə-belə qurulmayıb”.

 

Sportal.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın yeni transferi Cavid İmamverdiyev klubun rəsmi televiziyasına açıqlamasında deyib.

 

Mövsümlərarası fasilədə “Neftçi”dən “Sumqayıt”a cəlb olunan 25 yaşlı yarımmüdafiəçi özünü yeni komandasında xoşbəxt hiss etdiyini deyib: “Kollektivin mehriban olduğunu kənardan da eşidirdim. Rail Məlikov, Vurğun Hüseynov – bunlar Azərbaycan futbolunda ad qoymuş oyunçulardı. Biilirəm ki, onlar olan yerdə gözək kollektiv olur. Özüm də gəldim, bunun şahidi oldum. Klub rəhbərliyi, məşqçilər korpusu və futbolçular daxil olmaqla, gözəl kollektivimiz var. Bu kollektivə qoulduğum üçün özümü xoşbəxt hiss edirəm. Allah bizi utandırmaz. İnşallah, biz də özümüzü sübut edərik”.

 

İmamverdiyev"Sumqayıt"ın yerli futbolçulardan təşkil olunmasına böyük önəm verir: “Hamısı azərbaycanlı futbolçulardı. Komandada legioner yoxdu. Hamısı öz uşaqlarımız, canlarımız-ciyərlərimizdi. Çoxsunu da tanıyıram. İnanmıram ki, çətinlik çəkəm. Kollektiv sağ olsun, mənə dəstək olurlar. Hansısa çətinliyim olacağını düşünmürəm”.

 

25 yaşlı yarımmüdafiəçi qarşılarına yüksək yerlər uğrunda mübarizə aparmaq hədəfi qoyduqlarını dilə gətirib: “Başımızı aşağı salıb işimizi görəcəyik, futbolumuzu oynayacağıq. Allah kərimdi. Komandaya yerli futbolçular qoşulub. Yəqin ki, onlar heyətə elə-belə cəlb olunmayıblar. Çalışcağıq ki, gözəl bir yerlərə gəlib çıxaq”.

Xəbər xətti