"Qəbələ" "Nürnberq"dən ayrılan futbolçunu transfer edir

00:52 - 27 İyun 2017

2017/18 mövsümü üçün heyətini gücləndirməkdə davam edən “Qəbələ” daha bir transfer gerçəkləşdirmək üzrədir.

 

Sportal.az xəbər verir ki, bunadək İlqar Qurbanov, Aqil Məmmədov, Elvin Məmmədov, Xavyer Ernandes Qonzales, Stiven Jozef-Monroz və Dion Malone ilə müqavilə imzalayan “qırmızı-qaralar” bu dəfə hollandiyalı Dave Bulthuisin razılığını alıb.

 

26 yalı müdafiəçi futbol11.az saytına açıqlamasında xəbəri təsdiqləyib. O, hazırda danışıqların davam etdiyini və "Qəbələ" ilə yaxın günlərdə müqavilə imzalaya biləcəyini deyib.

 

Qeyd edək ki. futbolçunun son klubu Almaniya "Nürnberq"i olub. O, karyerası ərzində ölkəsinin "Ütrext" klubunda da forma geyinib.

Xəbər xətti