Kvekveskirini "Qəbələ"dən "oğurlayan" məşqçi qovuldu

11:14 - 27 İyun 2017

Gürcüstanlı məşqçi Omar Tetradze Qazaxıstanın "Tobol" klubundan qovulub. 

 

Sportal.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, təcrübəli çalışdırıcı "Şaxtyor"la ölkə çempionatı matçından sonra baş tutan mətbuat konfransında iştirak etməyib. O, məğlub olduqları (1:2) qarşılaşmanın ertəsi günü komanda ilə vidalaşıb. 

 

Artıq klub rəhbərliyi yeni baş məşqçi axtarışına da çıxıb. İddialara görə, "Tobol"un yeni baş məşqçisi Vladimir Qazzayev olacaq. 

 

Qeyd edək ki, Gürcüstan millisinin üzvü Nika Kvekveskiri mövsüm başa çatdıqdan sonra "Qəbələ"ni "Tobol"a dəyişmişdi. O, məhz həmyerlisinə görə Qazaxıstana getməyə üstünlük vermişdi. 

Xəbər xətti