"Zirə"nin rəqibi Əlcəzair millisinin futbolçunu transfer etdi

11:34 - 27 İyun 2017

Avropa Liqasının I təsnifat mərhələsində "Zirə"yə rəqib olan "Differdanj" klubu heyətini gücləndirib.

 

Sportal.az xəbər verir ki, Lüksemburq klubu hücum xəttini gücləndirib. Komandaya son dəfə Almaniya Regional Liqasında çıxış edən "Homborq" klubundan Şadli Amri transfer edilib. 32 yaşlı hücumçu ilə "1+1" şərti ilə müqavilə imzalanıb.

 

Əlcəzairli futbolçunun adı “Zirə” ilə oyunlar üçün iştirak ərizəsinə salınıb.

 

Şadli bir zamanlar Almaniyanın "Maynts" və "Kayzerlsautern" kimi klublarında top qovub. Fransanın "Mets" klubunun yetirməsi olan forvard Əlcəzair millisində 10 oyunda forma geyinib.

Xəbər xətti