Çempionlar Liqasında yeni mövsümə start verilir

12:14 - 27 İyun 2017

Bu gün Çempionlar Liqasının 2017/18 mövsümünə start veriləcək.

 

Sportal.az xəbər verir ki, 1-ci təsnifat mərhələsində qitənin ən aşağı reytinqə malik 10 ölkənin çempionları mübarizə aparacaq.

 

İlk mərhələdə 5 oyun baş tutacaq. İlk 4 oyun bu gün, 1 qarşılaşma isə (“Linfild” (Şimali İrlandiya) - “Fiorta” (San Marino) matçı) sabah keçiriləcək.

 

Çempionlar Liqası, 1-ci təsnifat mərhələsi

27 iyun

 

20:00 Alaşkert (Ermənistan) - Santa Koloma (Andorra)
22:00 Hibernians (Malta) - Tallin (Estoniya)
22:00 TNS (Uels) - Europa (Cəbəllütariq)
22:00 Vikinqur (Farer adaları) - Trepça (Kosova)

 

28 iyun

 

22:45 Linfild (Şimali İrlandiya) - Fiorta (San Marino)

Xəbər xətti