"Real" futbolçusunu 7 milyon avroya satdı

12:48 - 27 İyun 2017

İspaniyanın "Real Sosyedad" klubu müdafiə xəttini gücləndirib.

 

Sportal.az xəbər verir ki, San-Sebastian təmsilçisi Madrid "Real"ından 23 yaşlı Dieqo Lorenteni heyətinə qatıb. Müdafiəçi ilə 5 illik müqavilə imzalanıb. "Real Sosyedad" bu keçid üçün Madrid klubuna 7 milyon avro təzminat ödəyib.

 

Qeyd edək ki, "Real"ın yetirməsi olan ispaniyalı müdafiəçi son iki mövsümdə "Rayo Valyekano" və "Malaqa" klublarında icarədə oynayıb. Madrid klubu öz yetirməsi olan Dieqonu yenidən heyətinə qaytarmaq hüququnu da əlində saxlayıb.

Xəbər xətti