Aquero "Mançester Siti"dən ayrılır? - açıqlama

14:25 - 27 İyun 2017

"Mançester Siti"nin hücumçusu Serxio Aqueronun agenti Ernan Requera futbolçunun gələcəyi haqda danışıb.

 

Sportal.az xəbər verir ki, agent bir çox klubların transfer hədəfində olan və "şəhərlilər"dən ayrılacağı iddia edilən argentinalı futbolçunun komandada qalacağını bəyan edib:

 

"Serxio "Mançester Siti"də xoşbəxtdir və ayrılığa əsas yoxdu. Heç kimin qorxusu və şübhəsi olmasın: Aquero "Mançester Siti"də qalacaq".

 

Qeyd edək ki, PSJ Aqueronun transferi üçün 68 milyon avro ödəməyə hazır idi.

Xəbər xətti