Məşhur futbolçu karyerasını başa vurdu - xizək sürəcək

14:46 - 27 İyun 2017

Norveç millisinin sabiq futbolçusu Con Arne Rize karyerası ilə bağlı qərar qəbul edib.

Sportal.az xəbər verir ki, təcrübəli futbolçu karyerasını başa vurmaq qərarına gəlib. 36 yaşlı yaşlı müdafiəçinin son klubu Hindistanın "Çennay Titans" komandası olub.
 

Norveçli futbolçu xizək sürməklə məşğul olmaq qərarına gəlib və bu sahədə də uğurlar qazanmağı hədəflədiyini açıqlayıb.


Con Arne Rize "Liverpul", "Roma", "Fulhem" və APOEL kimi klubların şərəfini qoruyub. Bundan əlavə, Rize Norveç millisinin heyətində 110 oyun keçirib və 16 qol vurub.

Xəbər xətti