"Barselona" Arda Turanın transfer qiymətini müəyyənləşdirdi

16:04 - 27 İyun 2017

"Barselona" Çin və digər Avropa klublarının transfer hədəfində olan Arda Turanın transfer qiymətini müəyyənləşdirib.

 

Sportal.az xəbər verir ki, komandanın yeni baş məşqçisi Ernesto Valverdenin gələcək planlarına daxil olamayan türkiyəli futbolçu üçün Kataloniya klubu 65 milyon avro tələb edir. "Barselona" 2014-cü ildə "Atletiko"dan 34 milyon avroya transfer etdiyi futbolçunu ucuz qiymətə buraxmaq istəmir.

 

Ardanın xidmətində Çinin "Quançjao Everqrand", Milan "İnter"i və London "Arsenal"ı maraqlıdır.

 

30 yaşlı yarımmüdafiəçi "Barselona"da çıxdığı 55 oyunda 15 qol vurub və 11 assist edib.

Xəbər xətti